Zəfəran dünyada ən bahalı ədviyyat sayılır. Müxtəlif ölkələrə məxsus zəfəranın 1 kiloqramının qiyməti 300 manatdan 1000 manat arasında dəyişir. Ən keyfiyyətli sayılan ispan zəfəranının 1 kiloqramı təxminən 800-1000 manatdır. Qiymətlərin belə yüksək olmasının bir səbəbi onun hazırlanma prosesinin çətin və xərc aparan olmasıdırsa, digər səbəbi zəfəranın orqanizmə saysız-hesabsız faydaları ilə bağlıdır.