Azərsüd məhsullarını istehsal edən “Kürdəmir Süd Emalı Zavodu” müasir tipli süd sterilizator və pasterizatorları, İsveç texnologiyası olan tetrapak istehsal sistemi, steril vakkum paketləmə cihazları ilə təchiz olunmuşdur. Kürdəmirdə fəaliyyət göstərən süd kompleksi gündə 120 ton süd emal gücünə malik GEA və UHT texnologiyaları ilə təchiz olunmuşdur. Süd kompleksi Almaniya və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qara bəslənilən heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə 1300 ha) əkin arazilərindən ibarətdir.